Silahlı şəxslər müəllimin qulaqlarını kəsiblər
15 sentyabr 2008 12:40 (UTC +04:00)
Kabil – APA. Əfqanıstanda “Taliban” hərəkatının yaraqlıları hökumətə işləməkdə ittiham etdikləri bir müəllimin qulaqlarını kəsiblər. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Əfqanıstan Təhsil Nazirliyinin nümayəndəsi olayın Zebul rayonunda baş verdiyini açıqlayıb. Məscidə girən yaraqlılar namaz qılan Bismillah Xan adlı müəllimi bayıra çıxararaq onun qulaqlarını kəsiblər. Talibançılar hökumətə işləyən hər kəsə bu cür cəza verəcəklərini deyərək qaçıblar. Qulaqları kəsilən müəllim ABŞ hərbi kontingentinə məxsus xəstəxanaya aparılıb.
Asiya
Ərdoğan: Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib
16:19
3 may 2024
Pakistanda avtobus qayalıqdan aşıb, 20 nəfər ölüb
10:08
3 may 2024
Cənubi Koreya hərbçiləri Sarı dənizdə naməlum hava şarını vurublar
07:05
3 may 2024
Yaponiya və ABŞ hipersəs silahları əleyhinə raketin hazırlanmasına 3 milyard dollar xərcləyəcək
05:25
3 may 2024