Dünyanın ən yaşlı kişisi 113 yaşını qeyd edib
18 sentyabr 2008 13:14 (UTC +04:00)
Tokio – APA. 2007-ci ildə dünyada ən yaşlı kişi seçilmiş yaponiyalı Tomoji Tanabe 113 yaşını qeyd edib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, oğlunun evində yaşayan T. Tanabenin 8 övladı, 25 nəvəsi, 52 nəticəsi və 6 kötücəsi var. Yaponiyalı qoca jurnalistlərə bildirib ki, uzunömürlülüyünün səbəbi alkoqol, tütün və yüngül qəlyanaltılardan uzaq durması və iştahlı olmasındadır. Onun ən çox sevdiyi məşğuliyyət qəzet oxumaq, gündəlik tutmaq və insanlarla söhbət etməkdir.
Qeyd edək ki, hazırda yer kürəsinin ən yaşlı insanı 114 yaşlı amerikalı Edna Parker sayılır.
Qeyd edək ki, hazırda yer kürəsinin ən yaşlı insanı 114 yaşlı amerikalı Edna Parker sayılır.
Asiya
Misir İsrailin Rəfahdakı əməliyyatını pisləyib
13:47
7 may 2024
İsrail ordusu Rəfah keçid məntəqəsini ələ keçirib - YENİLƏNİB
09:29
7 may 2024
Çin və Fransa liderləri İranın nüvə probleminin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər
09:00
7 may 2024
ABŞ, Misir və Qətər Qəzzada atəşkəs razılaşmasının yerinə yetirilməsinə zəmanət verir
01:49
7 may 2024