İran parlamenti dinini dəyişən müsəlmanların ölüm hökmünə məhkum edilməsi barədə qanun qəbul edib
25 sentyabr 2008 08:21 (UTC +04:00)
APA-nın məlumatına görə, parlament üzvləri şəriət qanunlarını əsas götürərək islam dinindən imtina edən kişilərin ölüm cəzasına, qadınların isə ömürlük həbs cəzasına məhkum edilməsinə qərar veriblər. Yeni qanunun digər müddəalarına əsasən, ekstrasenslər, falçılar və homoseksualistlər də ölüm cəzasına məhkum ediləcəklər. Bu ağır cəza şüurlu çağında islam dinindən imtina edən kişi və qadınlara şamil olunur. Səsvermə zamanı İran parlamentinin 196 deputatı qanunun lehinə, 7 deputat əleyhinə səs verib, iki millət vəkili isə bitərəf qalıb. Avropanın missioner təşkilatları İran parlamentinin bu qərarını pisləyiblər. Qeyd edək ki, bu ilin mayında Şirazda xristian dinini qəbul edən iki kişi həbs olunub. İran İnqilab Məhkəməsi hər iki şəxsə ölüm cəzasının verilməsini tələb edir.
Asiya
Cənubi Koreya hərbçiləri Sarı dənizdə naməlum hava şarını vurublar
07:05
3 may 2024
Yaponiya və ABŞ hipersəs silahları əleyhinə raketin hazırlanmasına 3 milyard dollar xərcləyəcək
05:25
3 may 2024
ABŞ ordusu Yəmənin Husilərin nəzarət etdiyi bölgəsində üç PUA məhv edib
03:49
3 may 2024
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb - YENİLƏNİB
00:15
3 may 2024