“Əl-Qaida” terror təşkilatının rəhbərlərindən biri Pakistanda öldürülüb

“Əl-Qaida” terror təşkilatının rəhbərlərindən biri Pakistanda öldürülüb
# 23 oktyabr 2008 08:13 (UTC +04:00)
İslamabad-APA. “Əl-Qaida” terror təşkilatının rəhbərlərindən Xalid Həbib Pakistanın Cənubi Vəziristan vilayətində öldürülüb. APA-nın məlumatına görə, adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi SNN telekanalına bildirib ki, öldürülən şəxs “Əl-Qaida”nın Əfqanıstan və Pakistandakı əməliyyatlarına rəhbərlik edən Mustafa Əbu əl-Yezidin müavini olub və terror aktlarını şəxsən planlaşdırıb. Bəzi məlumatlara görə, Xalid Həbib ABŞ pilotsuz təyyarələrinin oktyabrın 16-da Cənubi Vəziristandakı evlərdən birinə endirdiyi raket zərbəsi nəticəsində öldürülüb. Xatırladaq ki, Pakistan hakimiyyət orqanları bu raket zərbəsi nəticəsində 4 mülki şəxsin öldüyü və 7 nəfərin yaralandığı barədə məlumat yayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR