Bank Of Baku

ICESCO: Halal sənayesi İslam dünyası üçün böyük iqtisadi fürsətdir

ICESCO-nun Baş direktorunun müşaviri Amira Elfadil

© APA | ICESCO-nun Baş direktorunun müşaviri Amira Elfadil

# 16 iyun 2026 12:15 (UTC +04:00)

Halal sənayesi İslam dünyası üçün böyük iqtisadi fürsətdir.

APA xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun müşaviri Amira Elfadil İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsibdə təşkil olunan Halal iqtisafiyyatının liderləri forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ICESCO 54 üzv ölkəni birləşdirir və təşkilat gənclər və qadınlar üçün yeni imkanların yaradılması, onların gücləndirilməsi istiqamətində çalışır.

“Biz gəncləri və qadınları necə gücləndirmək, təhsil, mədəniyyət və elm sahələrində ICESCO-nun əsas istiqamətlərindən istifadə etməklə daha böyük rol oynamaq yollarını araşdırırıq”, – Amira Elfadil vurğulayıb.

ICESCO rəsmisi bildirib ki, son illərdə təşkilat halal sənayesinin inkişafına xüsusi diqqət ayırır və Azərbaycana bu mühüm tədbirə dəvətə görə təşəkkür edib.

“Son dörd il ərzində halal sənayesi sahəsinə daha fəal şəkildə daxil olmuşuq. Bu istiqamətdə ICESCO-da aparıcı rol elm və texnologiya sektoruna məxsusdur. Biz təhsil və mədəniyyət sahələri ilə birlikdə çalışırıq”, – o bildirib.

Amira Elfadil halal sənayesinin yalnız iqtisadi deyil, həm də mədəni dəyərlərlə bağlı olduğunu qeyd edib.
“Halal sənayesinə mədəni baxımdan yanaşdıqda görürük ki, bu sahə müsəlmanların dəyərləri və mədəniyyətləri ilə formalaşıb”, – deyə ICESCO Baş direktorunun müşaviri əlavə edib.

O, həmçinin İslam İnkişaf Bankı (IsDB) ilə əməkdaşlıq imkanlarından danışaraq bildirib ki, iki təşkilat arasında anlaşma memorandumunun imzalanması planlaşdırılır.

“Əsas layihələrdən biri halal sənayesində imkanların artırılması və inkişafı üçün birgə fəaliyyət göstərməkdir”, – Amira Elfadil deyib.

Onun sözlərinə görə, ICESCO 2022-ci ildən etibarən üzv ölkələrdə halal sənayesi ilə bağlı seminarlar, təlim proqramları və maarifləndirmə tədbirləri həyata keçirir. Təşkilat hökumətlər, özəl sektor və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək halal sənayesinin inkişafına töhfə verməyə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR