İran prezidenti Mahmud Əhmədinejad xəstələnib

İran prezidenti Mahmud Əhmədinejad xəstələnib
# 26 oktyabr 2008 13:39 (UTC +04:00)
Əhmədnejadın dostlarından olan millət vəkili Məhəmməd İsmayıl Kevsəri xəbəri təsdiqləyib. Lakin o, prezidentin yaxşılaşacağını da deyib.

Qeyd edək ki, Əhmədinejadın xəstələnməsi və keçən çərşənbə axşamından bəri görünməməsi onun yeni prezident seçkilərində namizəd olub-olmaması məsələsi ilə bağlı da suallar yaradıb.

Dünən İran Dövlət Televiziyası prezidentin İraq müharibəsində ölən əsgərlərin yeni tapılmış qalıqlarının dəfni üçün hazırlanmış törəndə iştirak edəcəyi barədə xəbər versə də, ölkə başçısı heç bir görüntüdə yayımlanmayıb.

Millət vəkili Kevsəri isə Əhmədinejadın namizədliyi ilə bağlı məsələdə spekulyasiyalara yol verildiyini bildirməklə kifayətlənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR