Bank Of Baku

İranda üç ABŞ vətəndaşı həbs olunub

İranda üç ABŞ vətəndaşı həbs olunub
# 01 avqust 2009 07:09 (UTC +04:00)
Onlar İraqın İranla sərhəd Kürdüstan vilayətinin görməli yerlərini gəzməyə çıxdıqları vaxt İran tərəfə keçiblər.

Turistlərin bu addımı həmin ərazidə iki ölkə arasında sərhəd xəttinin dəqiq göstərilməməsi ilə izah edilir. Bildirilir ki, onlar bu səbəbdən İran ərazisinə keçdiklərinin fərqində olmayıblar.

Turistlərin tutulması barədə məlumat onların 4-cü yoldaşlarına telefonla xəbər verməsindən sonra yayılıb. Həmin turist özünü pis hiss etdiyindən gəzintiyə çıxmayıb, oteldə qalıb.

ABŞ-ın İraqdakı səfiri turistlərin tutulması ilə bağlı informasiyanı dəqiqləşdirir.

İran hakimiyyəti isə amerikalı turistlərin tutulması barədə məlumatı hələlik nə təsdiq, nə də təkzib edib.

Bununla belə, İranın sərhəd xidmətinin nümayəndəsi üç əcnəbinin sərhədi keçərkən saxlandığını bildirib. Lakin onların hansı ölkənin vətəndaşları olduqlarını açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR