Bank Of Baku

Mahmud Əhmədinejad İran prezidenti kimi ikinci dəfə and içib

Mahmud Əhmədinejad İran prezidenti kimi ikinci dəfə and içib
# 05 avqust 2009 09:07 (UTC +04:00)
Bu zaman İran prezidentliyinə islahatçı namizəd Mirhüseyn Musəvinin tərəfdarları parlament binasının qarşısına toplaşıblar. Polis aksiya iştirakçılarına qarşı zor tətbiq etməyib.
Qeyd edək ki, İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi bu gün paytaxt Tehranda Əhmədinejadın prezidentliyinə qarşı geniş miqyaslı aksiyalar keçirməyi planlaşdırır. Artıq ABŞ da Əhmədinejadı İran prezidenti olaraq tanıyıb, amma prezident seçilməsi münasibətilə təbrik etməyib. Fransa, Almaniya və İngiltərə də İran prezidentini təbrik etməyəcəklərini açıqlayıblar. Onlar qərarlarını seçkilərin nəticələrinin İran daxilində birmənalı qəbul olunmaması ilə əsaslandırıblar.
Xatırladaq ki, İranda prezident seçkisi iyun ayının 12-də keçirilib. Seçkilərin rəsmi nəticəsinə görə, Mahmud Əhmədinejad seçicilərin 60 faizdən çoxunun səsini toplayaraq yenidən prezident seçilib. Nəticələrlə razılaşmayan müxalifət isə küçələrə çıxıb. Polislə müxalifətçilər arasında baş vermiş toqquşmalar nəticəsində 20 nəfər ölüb, yüzlərlə adam yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR