Bank Of Baku

Corc Buşa ayaqqabı atan jurnalist azadlığa buraxılıb

Corc Buşa ayaqqabı atan jurnalist azadlığa buraxılıb
# 15 sentyabr 2009 11:16 (UTC +04:00)
Bakı – APA. 2008-ci il dekabrın 14-də Bağdadda ABŞ prezidenti Corc Buşa ayaqqabı atan İraq jurnalisti Müntəzər əl-Zeydi azad edilib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, 9 aylıq həbs cəzası başa çatan jurnalist bu gün buraxılıb. Müntəzər əl-Zeydi həbsxananın qarşısında jurnalist ordusu tərəfindən qarşılanıb.

Xatırladaq ki, Müntəzər əl-Zeydi ABŞ prezidenti Corc Buş və İraqın baş naziri Nuri əl-Malikinin birgə mətbuat konfransı zamanı ayağa qalxaraq “Bu, iraqlıların hədiyyəsidir, sənə vida öpüşüdür köpək!” deyə qışqırıb və ayaqqabılarını Buşa doğru atıb. Ayaqqabılar Buşa dəyməyib və jurnalist həbs edilib. 2009-cu il martın 12-də o, 3 il həbsə məhkum edilib. Aprel ayında apellyasiya məhkəməsi cəzanı 1 ilə salıb. Jurnalist həbsxanada özünü yaxşı apardığına görə avqustda cəza 9 aya endirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR