Bank Of Baku

Müstəqil komissiya Qəzza sektorunda İsrail və HAMAS-ın insanlığa qarşı cinayət törətməsi faktını təsdiqləyib

Müstəqil komissiya Qəzza sektorunda İsrail və HAMAS-ın insanlığa qarşı cinayət törətməsi faktını təsdiqləyib
# 16 sentyabr 2009 09:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Müstəqil komissiya 2008-ci ilin dekabrından 2009-cu ilin yanvarınadək Qəzza sektorunda keçirilən hərbi əməliyyatlar zamanı həm İsrail, həm də HAMAS tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğu qənaətinə gəlib. APA-nın məlumatına görə, bu barədə Nyu-Yorkda keçirilən mətbuat konfransında komissiyanın rəhbəri Riçard Qoldston məlumat verib. Komissiya bu qənaətə gəlib ki, həm İsrailin, həm də HAMAS-ın hərəkətlərini hərbi cinayətlər və insanlığa qarşı cinayət kimi qiymətləndirmək olar. Bu qənaət 188 nəfər arasında keçirilən sorğu və 10 min müxtəlif sənədin öyrənilməsi nəticəsində formalaşıb.
Qeyd edək ki, Qəzza sektorunda hərbi əməliyyatlar zamanı 1400-dən artıq adam ölüb. “Tökmə qurğuşun” adı altında keçirilən əməliyyatda çoxlu sayda məktəb, xəstəxana, ev və digər infrastruktur dağıdılıb. Hesabatda qeyd olunur ki, Qəzza sektorundakı məktəblərdə təhsil alan şagirdlərin 35 faizi ciddi psixoloji travma alıb. Komissiyanın hesabatı sentyabrın 29-da İnsan Hüquqları Şurasında müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR