Bank Of Baku

Yukio Xatoyama Yaponiyanın baş naziri seçilib

Yukio Xatoyama Yaponiyanın baş naziri seçilib
# 16 sentyabr 2009 09:56 (UTC +04:00)
Tokio-APA. Yaponiya Demokrat Partiyasının lideri Yukio Xatoyama baş nazir seçilib. APA-nın məlumatına görə, parlamentin aşağı palatasında keçirilən səsvermə zamanı 480 deputatdan 327 nəfəri Xatoyamanın namizədliyini dəstəkləyib. Səsvermədən əvvəl çıxış edən Xatoyama yapon iqtisadiyyatının dirçəldilməsi üçün plan təklif edib. Planda minimum əmək haqqının azaldılması, müvəqqəti iş müqavilələrinin sayının artırılması ilə işsizlik səviyyəsinin azaldılması nəzərdə tutulur. Xatoyamanın baş nazir seçilməsi ölkədə 50 ildən artıq davam edən Liberal-Demokrat Partiyasının hakim mövqeyinə son qoyub. Səsvermədən əvvəl Taro Aso hökuməti tam tərkibdə istefa verib. Əslində bu, formal prosedur sayılır, parlament seçkilərində müxalifətdə olan Demokrat Partiyasının 308 deputat mandatı qazanmasından sonra hökumətin istefaya getməsi labüd idi. Maraqlıdır ki, Liberal-Demokrat Partiyasının 50 illik hakimiyyətinə son qoyan Yukio Xatoyama LDP-nin əsasını qoyan İkiro Xatoyamanın nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR