Bank Of Baku

İran 2000 km məsafədəki hədəfi vurmağa qadir olan “Şahab-3” ballistik raketini uğurla sınaqdan keçirib

İran 2000 km məsafədəki hədəfi vurmağa qadir olan “Şahab-3” ballistik raketini uğurla sınaqdan keçirib
# 28 sentyabr 2009 10:11 (UTC +04:00)
Tehran-APA. İran “Şahab-3” ballistik raketini uğurla sınaqdan keçirib. APA-nınm məlumatına görə, hərbi analitiklər İranın bu raketlərlə İsrail ərazisini və Fars Körfəzindəki ABŞ bazalarını vurmağa qadir olduğunu bildirirlər. Ballistik raket İslan İnqilabının Mühafizəçiləri Korpusunun dünən başlanan təlimləri zamanı sınaqdan çıxarılıb. Nüvə başlığı daşımağa qadir olan “Şahab-3” raketləri Tehranın malik olduğu ən mükəmməl raket hesab olunur. İran rəhbərliyi bu raketlərlə 2 min kilometr məsafədə yerləşən hədəfi vurmağın mümkün olduğunu bildirir.

Qeyd edək ki, “Böyük Peyğəmbərin manevrləri - IV” adı altında keçirilən təlimlərin ilk günündə 200 kilometr vurma məsafəsi olan “Fateh” və 150 kilometr vurma məsafəsi olan “Tondar” raketləri də uğurla sınaqdan çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR