Bank Of Baku

Pakistanda Özbəkistan islamçılarının lideri öldürülüb

Pakistanda Özbəkistan islamçılarının lideri öldürülüb
# 02 oktyabr 2009 11:58 (UTC +04:00)
Bakı – APA. Özbəkistan islamçılarının lideri Tahir Yuldaşev Pakistanda öldürülüb. APA-nın “Reuters”ə istinadən xəbərinə görə, hadisə Pakistan-Əfqanıstan sərhədindəki Cənubi Vəziristan əyalətində baş verib.
Pakistan kəşfiyyatı bildirir ki, bu il avqustun 27-də “əl-Qaidə” və “Taliban”la sıx əlaqələri olduğu bildirilən “Özbəkistan İslam Hərəkatı”nın lideri Tahir Yuldaşev ABŞ-ın pilotsuz təyyarəsinin aviazərbəsi nəticəsində həlak olub. Bu barədə xəbər isə yalnız bu gün yayılıb. Səbəb T.Yuldaşevin silahdaşlarının ölüm xəbərini ciddi-cəhdlə gizlətmək istəməsi olub.
Qeyd edək ki, T.Yuldaşevin başçılıq etdiyi islamçılar SSRİ-nin süqutu ərəfəsində ortaya çıxaraq müstəqilliyin ilk illərində Özbəkistanda islam dövləti qurmaq məqsədilə silahlı mübarizəyə başlayıblar. Lakin onların bu cəhdi uğursuzluqla nəticələnib, T.Yuldaşev isə Əfqanıstana qaçıb və taliblər tərəfindən orada vətəndaş müharibəsində iştirak edib. 2001-ci ildə ABŞ-ın Əfqanıstanı işğal etməsindən sonra o, Pakistanın Cənubi Vəziristan əyalətində gizlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR