Bank Of Baku

Suriyada ictimai yerlərdə siqaret çəkmək qadağan edilib

Suriyada ictimai yerlərdə siqaret çəkmək qadağan edilib
# 12 oktyabr 2009 23:12 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 11-dən Suriyada ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulub.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bununla bağlı müvafiq qanunu prezident Bəşər Əsəd imzalayıb. Qanuna əsasən, kafe, bar və restoranlarda, həmçinin nəqliyyatda və ali məktəblərdə siqaret çəkənləri 2 min Suriya funtu (46 dollar) cərimə, eləcə də cinayət məsuliyyətinə cəlb edilmə gözləyir.
Qadağa təkcə tütün məmulatlarına deyil, turistlərin çox sevdiyi qəlyana da aiddir. Bundan başqa, oktyabrın 11-dən Suriyada tütün məmulatlarının reklamı da qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR