İstanbuldakı Okan Universitetinin rektoru: “Rus-Türk universitetinin yaradılması ilə bağlı bəzi danışıqlar aparılır”
- Türkiyənin özəl universitetləri arasında rektoru olduğunuz təhsil qurumu yüksələn qrafikini görürük. Universitetinizi kim yaratdı və 6 ildə bu duruma necə gəldiniz?
- Okan Universiteti 2003-2004 tədris ilində fəaliyyətə başladı. Quruluş fəlsəfəmiz etibarilə biz iş dünyasına yaxın bir universitetik. Universitetimizin bağlı olduğu vəqfi quran iş adamları 40 ildən bəri Türkiyədə və Avrasiya bölgəsində iri həcmli investisiyaları olan şəxslərdir. Biz universiteti yaradarkən bölgənin xüsusiyyətlərini nəzərə almışıq. Belə ki, Avrasiya bölgəsində 200 milyondan artıq adam rusca danışır. Uzaq Şərqdə isə Çinin önəmli potensialı var. Buna görə də universitetdə rus və çin dilləri üzrə tərcüməçilər yetişdirən bölümlər yaratdıq. Bu ilsə ərəbcə tərcüməçilik proqramını həyata keçirməyə başlamışıq. Bəzi proqramlar üzrə dərs alan tələbələrimiz artıq məzun olmağa hazırlaşır. Bununla kifayətlənməyərək Avrasiya Araşdırmaları və Tətbiqatları mərkəzini də yaratdıq.
Bölgə ilə bağlı elmi konfranslar keçirir, oradan gələn önəmli şəxsiyyətlərin Türk iş və elm dünyası ilə qaynayıb-qarışmasına çalışırıq. Mərkəzimiz bölgəyə investisiya qoymaq istəyən iş adamları üçün önəmli məlumat mərkəzi halına gəlib. Həftəlik bülletenlərimiz Avrasiya bölgəsinə getmək istəyən iş adamlarına investisiyanın şərtləri barədə ətraflı məlumatlar verir. Bizim ABŞ və AB universitetləri ilə əməkdaşlıq protokollarımız var, ancaq Avrasiya bölgəsində ali təhsil müəssisələri və araşdırma qurumları ilə də əməkdaşlıq etmək, İstanbulda müştərək proqramlar həyata keçirmək istəyirik. Məqsədimiz Avrasiya ilə Qərb dünyası arasında körpü olmaqdır. Universitetimizdə Puşkin adına araşdırmalar mərkəzi yaratmışıq. Çinin önəmli imtahan mərkəzlərindən biri bizim universitetimizdir. Bu yaxınlarda Konfutsi Mərkəzi də yaradacağıq. Rus-Türk universitetinin yaradılması ilə bağlı bəzi danışıqlar aparılır. Struktur etibarilə universitetimiz bu işin həyata keçirilməsində də önəmli rol oynayacaq.
- Sankt-Peterburq Universitetindəki türkologiya fakültəsinin 155 yaşı var. Türkiyə qonşu ölkələrlə bağlı elmi çalışmalarda çox geridə qalır. Sizin atdığınız addımların önəmi bu mənzərə içində daha yaxşı görünür. Elmi əlaqələri gücləndirmək istəyirsiniz. Bəs mədəni əlaqələr sahəsində hansı konkret addımları atmağı düşünürsünüz?
- Mən Sankt-Peterburqdakı mədəniyyət abidələri və muzeylərdən çox təsirləndim. Eləcə də Orta Asiyada. Biz Avrasiya ölkələrindəki universitetlərlə bütün sahələrdə əməkdaşlığı qarşıya məqsəd qoymuşuq. İndi Rusiya və Çinə daha çox tələbə göndəririk. Xaricdən bizə təhsil almağa gələn tələbələrin sayı daha da artır - biz onlar üçün ayrıca siniflər yaratdıq. Yeni proqramları həyata keçirməkdən qətiyyən çəkinmirik. Dəqiq elmlər sahəsində geniş təcrübəsi olan universitetlərlə əməkdaşlığa xüsusi əhəmiyyət verir, onların laboratoriya çalışmalarında biz də iştirak edirik. Bölgədəki universitetlərin sıx əməkdaşlığa başlaması lazımdır. Xüsusilə dəqiq elmlər, mühəndislik, incəsənət sahəsindəki əməkdaşlığımız çox səmərəli olacaq.
- Azərbaycan və ya Rusiyanın incəsənət qurumları ilə əməkdaşlığınız çox faydalı olacaq. Bunu universitetinizə gələn Sankt-Peterburqdakı V.İ.Muxina adına İncəsənət Akademiyasının məzunu, rəssam Sadıq Babayev də təsdiqləyir...
- İncəsənət fakültəmizin qabağında Puşkinin heykəli vardır - biz dünyada Puşkinə heykəl qoyan yeganə universitetik. Bu, ədəbiyyata və sənətə verdiyimiz önəmi göstərir.
- Universitetinizin öz nəşrləri varmı? Yaxın gələcəkdə müxtəlif dillərdə jurnal və kitab çap edəcək nəşriyyat yaratmağı düşünürsünüzmü? Çünki Avrasiya bölgəsindəki elmi işlərin Türkiyədə çapına da böyük ehtiyac vardır.
- Universitetimiz seriya şəklində məcmuə və kitablar çap edəcək. Bu baxımdan vəqf universitetlərinin imkanları dövlət universitetlərinə nisbətən daha genişdir. Ona görə də bizə gələn bütün layihələri dəyərləndirib müştərək proqramlar həyata keçirmək istəyirik. APA agentliyi vasitəsilə bölgəyə vermək istədiyimiz mesaj budur: “Bütün sahələrdə daha çox əməkdaşlıq edək. Beynəlxalq miqyasda ortaq çalışaq!”
Asiya
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
Türkiyə MTŞ-də Rusiya–Ukrayna müharibəsi və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub
Pezeşkian Qətər Əmirinə təşəkkür edib
"Tasnim": İran nümayəndə heyətinin Cenevrəyə səfəri hələlik dəqiqləşməyib
Xəbər Lenti
DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib
ABŞ Livan siyasətçilərinin adını sanksiyalar siyahısına əlavə edib
Ağdamda avtomobil 4 piyadanı vurub
Makron ABŞ-İsrail-İran müharibəsinin bitmədiyinə inandığını deyib
Tramp: ABŞ İsrail, Livan və “Hizbullah” arasında atəşkəs gözləyir
Moskvadakı ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb
Astarada avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının açılış mərasiminə dair videomaterial paylaşılıb
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
ABŞ ordusu: İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokada qaldırılıb
ABŞ İranla razılaşmaya uzaqmənzilli raketlərin qadağan edilməsini də daxil etmək istəyir
Türkiyə MTŞ-də Rusiya–Ukrayna müharibəsi və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub
Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib
Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib
Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq
Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır
Pezeşkian Qətər Əmirinə təşəkkür edib
Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib
ABŞ-ın Vitse-prezidenti: İranla saziş üzrə 60 günlük müddət bu gün başlayır
FHN geyiminin zəncirbəndi göz qapağına ilişən qadına köməklik göstərib - VİDEO
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft daşınıb, İran heç bir tankerə atəş açmayıb
"Tasnim": İran nümayəndə heyətinin Cenevrəyə səfəri hələlik dəqiqləşməyib
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı keçirilir - FOTO
DÇ-26: İsveçrə qələbə axtarışında
Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-4 - FOTO
Zaxarova: NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək
Xaricə tur paketlər vəd edərək pul ələ keçirməkdə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək, dünya təhlükəsiz olacaq
Azərbaycan və Rumıniya arasında “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə müzakirələr aparılıb
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələyib
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb
İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Sertifikasiya üzrə test imtahanının ikinci günündə 3 mindən çox müəllim iştirak edib
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib
Naftalan turizminin inkişafında mühüm addım - TABIA Group və FlyKhiva arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Dünya Bankı: Böhranlar artıq istisna deyil, normaya çevrilib
Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək
"Real" heyətini yeni futbolçu ilə gücləndirib
Nazir: Yəmənin dövlət gəlirləri 70% azalıb
Eyvaz Cəfərli: Azərbaycanda təkaful sistemi İslam maliyyəsinin inkişafına töhfə verəcək
Malavi Prezidenti dövlət başçısı İlham Əliyevi təbrik edib
Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb
Azərbaycanda ilk dəfə İslam Sığortası (Takaful) Ekosistemi fəaliyyətə başlayır - FOTO
Bakıda hipermarketə silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib
Rusiya Ermənistana etiraz notası göndərib