Bank Of Baku

Pakistanın Kamra aviasiya zavodunda terror aktı törədilib, ölən və yaralananlar var

Pakistanın Kamra aviasiya zavodunda terror aktı törədilib, ölən və yaralananlar var
# 23 oktyabr 2009 07:16 (UTC +04:00)
İslamabad-APA. Pakistanın Pəncab vilayətində yerləşən aviasiya zavodu ərazisində irimiqyaslı terror aktı törədilib. APA-nın məlumatına görə, kamikadze-terrorçu bədəninə bağladığı partlayıcı qurğunu zavodun giriş qapısı önündə işə salıb. İlkin məlumata görə, terror aktı nəticəsində 7 nəfər ölüb, 13 nəfər yaralanıb. Terrorçunun əsas hədəfinin partlayışı zavodun içərisində törətmək olduğunu güman edilir. Lakin hərbçilər onu giriş qapısında saxladığına görə kamikadze partlayışı vaxtından əvvəl törətməyə məcbur qalıb. Terror aktının “Taliban” tərəfindən həyata keçirildiyi bildirilir. Qeyd edək ki, terror aktı törədilən Kamra aviasiya zavodu dünyanın ən böyük üçüncü aviasiya zavodu hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR