Bank Of Baku

Mirhüseyn Musəvinin müşaviri Behiştinin Tehranda keçirilən Beynəlxalq Mətbuat Festival-Sərgisinin keçirildiyi salona gəlməsi qarışıqlığa səbəb olub, bir neçə pavilyon dağılıb

Mirhüseyn Musəvinin müşaviri Behiştinin Tehranda keçirilən Beynəlxalq Mətbuat Festival-Sərgisinin keçirildiyi salona gəlməsi qarışıqlığa səbəb olub, bir neçə pavilyon dağılıb
# 25 oktyabr 2009 14:55 (UTC +04:00)
APA-nın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, Musəvinin tərəfdarları onu alqışlar və şüarlarla qarşılayıblar. Musəvi tərəfdarları “Diktatora ölüm!”, “Rusiyaya ölüm!”, “Yaşasın Musəvi” və digər şüarlar səsləndiriblər. Bunun ardınca isə prezident Mahmud Əhmədinejadın tərəfdarları Musəvinin ünvanına əks şüarlar söyləyib, onu ara qarışdırmaqda, İranda təfriqə salmaqda ittiham ediblər. Hər iki tərəf qarşılıqlı şüarlar səsləndirib. Gərginlik bir müddət davam edib. Qarşıdurma yaranacağından ehtiyat edən təhlükəsizlik qüvvələri Behiştini salondan çıxarıblar. Buna baxmayaraq, tərəflər arasında qarşılıqlı ittihamlar və şüarların səsləndirilməsi davam edib. Qarışıqlıqda bir neçə pavilyon dağılıb. Tərəflər yalnız təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra sakitləşib. Xəsarət alan olmayıb.

Qeyd edək ki, oktyabrın 23-də prezidentliyə keçmiş namizəd Mehdi Kərrubinin də sərginin keçirildiyi salona gəlməsi ilə gərginlik yaşanmış, Əhmədinejad tərəfdarları ona hücuma cəhd etmişdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR