Bank Of Baku

Pakistan hökuməti “Taliban” liderinin başına 600 min dollar mükafat qoyub

Pakistan hökuməti “Taliban” liderinin başına 600 min dollar mükafat qoyub
# 02 noyabr 2009 07:57 (UTC +04:00)
İslamabad-APA. Pakistan hakimiyyət orqanları “Taliban” hərəkatının 19 üzvünün, o cümlədən hərəkatın yeni lideri Hakimulla Maqsudun ələ keçirilməsinə yardım edənlər mükafat verəcək. APA-nın məlumatına görə, taliblərin həbsinə kömək edəcək şəxsləri 5 milyon dollar mükafat gözləyir. Mükafat barədə elan yerli televiziya ilə təkrar-təkrar efirə verilir. “Taliban”ın lideri Hakimulla Maqsudun ölüsünü, yaxud dirisini gətirən 600 min dollar mükafat alacaq. Qeyd edək ki, rəsmi İslamabadla “Taliban” arasında münasibətlər son günlər yenidən gərginləşib. Oktyabrda törədilən terror aktlarına cavab olaraq Pakistan ordusu taliblərin məskən saldığı Cənubi Vəziristanda irimiqyaslı hərbi əməliyyat keçirib. Bu bölgəyə yeridilən 30 min nəfərlik ordu hissələri “Taliban” hərəkatına ciddi zərb endirsə də, hərəkatın lideri Hakimulla Maqsudu zərərsizləşdirmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR