Bank Of Baku

İranda yeni paytaxt inşa olunacaq

İranda yeni paytaxt inşa olunacaq
# 02 noyabr 2009 11:05 (UTC +04:00)
Tehran-APA. İran İslam Respublikasının Qərarların Məqsədəuyğunluğu Şurası zəlzələ təhlükəsini nəzərə alaraq ölkə paytaxtının Tehrandan başqa şəhərə köçürülməsi barədə təşəbbüsü dəstəkləyib. APA-nın məlumatına görə, bu təşəbbüslə İranın dini lideri Seyid Əli Xamneyi çıxış edib. Seysmoloqlar yaxın zamanlarda Tehran ərazisində güclü dağıdıcı zəlzələnin ola biləcəyini ehtimal edirlər. Professor Bəhram Ağaşah Tehranın paytaxt olaraq seçilməsini səhv addım hesab etdiyini deyib: “Hazırda bu bölgədə 8 bal gücündə zəlzələ baş verməsi ehtimalı var. Mən hələ hökuməti 40 il əvvəl bununla bağlı xəbərdar etmişəm. Əgər o zaman mənim sözümü dinləsəydilər, Tehran meqapolisə çevrilməz və onun inkişafı nəzarətdən çıxmazdı”. Professor yeni paytaxtın Mərkəzi vilayətinin Qum və Delijan şəhərləri arasındakı ərazidə tikiləcəyini deyib. Onun sözlərinə görə, bu ərazidə 2 min ildən artıqdır zəlzələ baş vermir.

Qeyd edək ki, İran paytaxtının köçürülməsi məsələsi hələ 20 il əvvəl gündəmə gəlib. Lakin 2003-cü ildə Baş şəhərində 40 min nəfərin ölümünə səbəb olan zəlzələ baş verdikdən sonra paytaxtın köçürülməsi layihəsi təxirə salınıb. Hazırda Tehran şəhərində 13 milyon nəfər yaşayır. Ötən əsrin əvvəllərində İran paytaxtında cəmi 250 min nəfər yaşayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR