Bank Of Baku

ABŞ İraq ərazisində İran, Türkiyə və Suriyaya nəzarət edə biləcək radiolokasiya sistemi quraşdırıb

ABŞ İraq ərazisində İran, Türkiyə və Suriyaya nəzarət edə biləcək radiolokasiya sistemi quraşdırıb
# 02 noyabr 2009 16:32 (UTC +04:00)
Bağdad-APA. ABŞ hərbi qüvvələri İraq ərazisində müasir radiolokasiya sisteminin quraşdırılmasını başa çatdırıblar. APA-nın İranın “Press TV” telekanalına istinadən yaydığı məlumata görə, quraşdırılan RLS vasitəsilə İran, Suriya və Türkiyə ərazisinə nəzarət etmək mümkün olacaq. Radiolokasiya sistemi adı çəkilən ölkələrdən İraq sərhədlərinə yaxınlaşan hava obyektlərini izləyəcək, əldə olunan məlumatlar İraq hava hücumundan müdafiə qüvvələrinə ötürüləcək, bəzi radarlar isə Bağdad beynəlxalq aeroportunun dispetçer xidməti ilə birbaşa əlaqə yarada biləcək. Ərəb mənbələrinin fikrincə, ABŞ bu obyekt vasitəsilə İranın nüvə obyektlərinə zərbələr endirmək üçün yeni imkanlar əldə etmiş olub. İsrail mənbələrinin fikrincə, radarlar İranın Türkiyə, yaxud Tel-Əvivə qarşı yönələn hərbi aktivliyini nəzarətdə saxlaya biləcək. Xatırladaq ki, ötən həftə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyms Cons bəyan edib ki, nüvə proqramının məhdudlaşdırılması istiqamətində lazımi addımlar atılmayacağı təqdirdə Ağ Ev İrana hərbi zərbələr endirməyi istisna etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR