Bank Of Baku

“France-Presse” agentliyinin əməkdaşı Tehranda həbs edilib

“France-Presse” agentliyinin əməkdaşı Tehranda həbs edilib
# 05 noyabr 2009 08:48 (UTC +04:00)
Bakı – APA. “France-Presse” agentliyinin əməkdaşı Fərhad Poladi Tehranda İran təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən saxlanılıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, jurnalist ABŞ səfirliyinin ələ keçirilməsinin 30 illiyi münasibətilə keçmiş səfirlik binasının qarşısında keçirilən mitinqi işıqlandırmaq istəyirmiş. Şahidlər bildirib ki, F. Poladi 3 agent tərəfindən saxlanılıb və mobil telefonu əlindən alındıqdan sonra naməlum istiqamətə aparılıb.

“Associated Press” ölkədə xarici jurnalistlərin işini əlaqələndirən İran Mədəniyyət Nazirliyinə müraciət etsə də, F. Poladi haqqında məlumat ala bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR