Bank Of Baku

Koreyalı qadın sürücülük vəsiqəsinin alınması üçün nəzəriyyə imtahanını 950-ci cəhdən verə bilib - FOTO

Koreyalı qadın sürücülük vəsiqəsinin alınması üçün nəzəriyyə imtahanını 950-ci cəhdən verə bilib - <font color=red> FOTO</font>
# 07 noyabr 2009 09:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Koreyada 68 yaşlı xanım Çxa Sa Sun sürücülük vəsiqəsinin alınması üçün keçirilən nəzəriyyə imtahanından 950-ci dəfədən uğurla keçib.

APA-nın məlumatına görə, Ç.S.Sun imtahanda 100 mümkün baldan 60-nı toplaya bilib. Bununla da, yaşlı koreyalı həm özünü, həm də yerli avtomobil müfəttişliyinin işçilərini sevindirib. Belə ki, ikincilər bu xanımın nə vaxt isə imtahanı uğurla verəcəyinə artıq inanmırdılar. Koreya yol polisinin zabiti Çjon Sok bu ilin fevral ayında 771-ci cəhddə imtahandan kəsilən Ç.S.Suna imtahanları uğurla verəcəyi təqdirdə ona medal təqdim edəcəyini söz vermişdir. Yaşlı koreyalı xanım isə 2005-ci ildən etibarən sürücülük vəsiqəsini almaq üçün imtahanlardan keçirdi ki, həftədə 3 dəfə həmin imtahanlarda iştirak edib. Bu qədər imtahanda iştirak Ç.S.Suna təxminən 4 min ABŞ dollarına başa gəlib.

Buna baxmayaraq, Koreya yol polisi üçün bu birinci dəfə müşahidə olunan hal deyil. Belə ki, 2005-ci ildə Koreyanın digər vətəndaşı So San Mun analoji imtahanı 271-ci dəfədən verə bilib. Lakin vaxt baxımından S.S.Mun soydaşı xanım Ç.S.Sun kimi buna 5 il sərf edib. Ləngimənin səbəbi isə savadsızlıq olub. Belə ki, S.S.Mun təhsil almayıb və ömrü boyu fəhlə işləyib. O, nə yazıb, nə də oxuya bilib. Nəticədə, koreyalı imtahanı yazılı sürətdə deyil – şifahi verib. Ən maraqlısı odur ki, S.S.Mun hər imtahanda buraxdığı səhvləri təhlil edib yadında saxlayırdı və yalnız 771-ci cəhd 70 yaşlı koreyalı üçün uğurlu olub.

Qeyd edək ki, 68 yaşlı xanım Ç.S.Sun artıq nəzəriyyə imtahanından sonra sürücülük (avtomobili idarəetmə) imtahanlarına hazırlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR