Bank Of Baku

İraqda ABŞ vertolyotu qəzaya uğrayıb

İraqda ABŞ vertolyotu qəzaya uğrayıb
# 09 noyabr 2009 10:37 (UTC +04:00)
Bağdad-APA. ABŞ Hərbi Hava Qüvvələrinin vertolyotu İraqda qəzaya uğrayıb. APA-nın məlumatına görə, Səlahəddin vilayətində baş verən qəza nəticəsində iki pilot ölüb. Qəzanın eniş zamanı idarəetmənin itməsi səbəbindən baş verdiyi bildirilir. Qeyd edək ki, bu ilin yanvarında Kərkük yaxınlığında iki ABŞ vertolyotunun qəzaya uğraması nəticəsində dörd nəfər həlak olmuşdu. Ümumilikdə İraqda keçirilən hərbi əməliyyatlar nəticəsində 4361 amerikalı hərbçi ölüb. ABŞ prezidenti Barak Obamanın planına əsasən, ABŞ qoşunları İraqı gələn ilin avqustuna kimi tərk etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR