Bank Of Baku

Manuçöhr Möttəki: “Artıq Amerika xalqı da yüksək vəzifəli məmurların İranın ünvanına söylədiyi ittihamlardan bezib”

Manuçöhr Möttəki: “Artıq Amerika xalqı da yüksək vəzifəli məmurların İranın ünvanına söylədiyi ittihamlardan bezib”
# 11 noyabr 2009 14:04 (UTC +04:00)
Bakı-APA. “İranın nüvə silahı hazırlamağa can atması ilə bağlı Vaşinqtonun ittihamları əsassızdır”. APA-nın məlumatına görə, bu bəyanatla İranın xarici işlər naziri Manuçöhr Möttəki çıxış edib: “Artıq Amerika xalqı da yüksək vəzifəli məmurların İranın ünvanına söylədiyi ittihamlardan bezib. Biz iki il əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq çərçivəsində bu qurumun ünvanladığı bütün sualları cavablandırmışıq. Bu təşkilat hələ iki ilə əvvəl təhqiqatı başa çatmış və İranın nüvə proqramının sülh xarakterli olduğunu bəyan etmək istəyirdi, lakin Buş administrasiyasının təzyiqləri nəticəsində bunu etmədilər. 2007-ci ildə elan olundu ki, İran qanuni yolla sülh məqsədli atom enerjisi istehsal etməyə hazırlaşır və biz həmişə dialoqa hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR