Bank Of Baku

Hindistanda qatar aşıb, ölən və yaralananlar var

Hindistanda qatar aşıb, ölən və yaralananlar var
# 14 noyabr 2009 08:10 (UTC +04:00)
Bakı – APA. Hindistanda baş verən dəmir yolu qəzasında ən azı 7 nəfər həlak olub, 25 nəfər yaralanıb.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, hadisə bu gün səhər Racastan əyalətində baş verib. Codxpurdan Dehliyə gedən “Mandore Express” sürət qatarının bütün 15 vaqonu relsdən çıxıb.

Ölənlərdən hələlik yalnız üç nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onların üçü də Hindistan vətəndaşlarıdır. Yaralılar arasında əcnəbilər, o cümlədən Yeni Zelandiya vətəndaşı da var.

Qəzanın ilkin səbəbi kimi maşinistin qəfil əyləci basması göstərilir. Ehtimal olunur ki, qatarın qarşısına hansısa maneə çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR