Bank Of Baku

İran prezidentinin həyat yoldaşı ilk dəfə ictimaiyyət qarşısına çıxıb

İran prezidentinin həyat yoldaşı ilk dəfə ictimaiyyət qarşısına çıxıb
# 16 noyabr 2009 09:07 (UTC +04:00)
Bakı – APA. İranın birinci xanımı ilk dəfə olaraq ictimaiyyət qarşısına çıxıb. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, bu, BMT-nin aclıqla mübarizəyə dair sammiti ərəfəsində Romada keçirilən forumda baş verib.
İran prezidenti Mahmud Əhmədinejatın həyat yoldaşı Əzəm əs-Səadət Fərəhi birinci ledilərin forumunda iştirak etmək üçün noyabrın 14-də Romaya gəlib. Foruma Misir prezidenti Hüsnü Mübarəkin xanımı Suzanna Mübarək sədrlik edib.
Dünyada aclıq probleminə həsr olunmuş sammit bu gün Romada öz işinə başlayır. Zirvə görüşü BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mənzil-qərargahında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR