Bank Of Baku

Həcc ziyarətinə getmiş 4 zəvvar Səudiyyə Ərəbistanında “donuz qripi”ndən ölüb

Həcc ziyarətinə getmiş 4 zəvvar Səudiyyə Ərəbistanında “donuz qripi”ndən ölüb
# 22 noyabr 2009 10:44 (UTC +04:00)
Bakı – APA. Səudiyyə Ərəbistanı Həcc ziyarətinə gəlmiş 4 əcnəbi zəvvarın A/H1N1 virusundan (“donuz qripi”) öldüyünü açıqlayıb. APA-nın məlumatına görə, ölənlər Sudan, Hindistan və Mərakeşdən olan yaşlı insanlar, biri isə Nigeriyadan olan qızdır.

Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi onlardan heç birinin ziyarətdən əvvəl peyvənd olunmadığını bildirib. Nazirlik Həccə gələnlərin hamısını peyvənd olmağa çağırıb. Bundan başqa, yaşlı zəvvarlara və hamilə qadınlara ziyarətdən çəkinmək məsləhət görülüb.

Qeyd edək ki, Həcc ziyarəti noyabrın 25-də başlayacaq. Səudiyyə Ərəbistanına dünyanın müxtəlif guşələrindən 3 milyona yaxın zəvvarın gəlməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR