Bank Of Baku

İranın sabiq vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilib

İranın sabiq vitse-prezidenti 6 il müddətinə azadlıqdan məhrum edilib
# 22 noyabr 2009 11:19 (UTC +04:00)
Bakı – APA. İranın sabiq vitse-prezidenti Məhəmməd Əli Əbtahi 6 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, bu barədə AFP sabiq vitse-prezidentin qızı Fatiməyə istinadən xəbər yayıb. Fatimə bildirib ki, atası dövlətin təhlükəsizliyi əleyhinə hərəkətlərdə, mövcud rejim əleyhinə təbliğat aparmaqda, prezidenti təhqir etməkdə, icazəsiz kütləvi aksiyalarda iştirakda və konfidensial sənədləri saxlamaqda təqsirli bilinir.

Məhkəmə hökm çıxararkən Əbtahinin öz bloqundakı yazışmalarını, onun “BBC News”-un fars xidmətinə müsahibəsini və hökumət əleyhinə nümayişlərdə iştirakını əsas götürüb.

Əbtahi məhkəmədə əməllərindən peşman olduğunu bildirib, seçkilərin nəticələrinin saxtalaşdırılması barədə ittihamlarından imtina etdiyini deyib.

Qeyd edək ki, İranda prezident seçkiləri 2009-cu il iyunun 12-də keçirilib. Rəsmi nəticələrinə görə, Mahmud Əhmədinejad növbəti müddətə İran prezidenti seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR