Bank Of Baku

Çində kömür mədənində baş verən partlayışda ölənlərin sayı 104 nəfərə çatıb

Çində kömür mədənində baş verən partlayışda ölənlərin sayı 104 nəfərə çatıb
# 23 noyabr 2009 07:26 (UTC +04:00)
Pekin-APA. Çində kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb. APA-nın məlumatına görə, torpaq altında daha dörd fəhlənin qaldığı bildirilir, onların xilas olunması üçün iş aparılır. Hadisənin səbəbləri açıqlanmır, ilkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Yerli sakinlər partlayışın on kilometr məsafədən eşidildiyini bildirirlər. Hadisədən sonra kömür mədəninin direktoru və müavini işdən çıxarılıb. Faktla bağlı təhqiqat aparılır. Qeyd edək ki, partlayış baş verən zaman mədəndə 528 şaxtaçı olub, onlardan 389 nəfəri xilas edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR