Bank Of Baku

Hindistanın 74 yaşlı qadın prezidenti qırıcı təyyarədə uçuş keçirib

Hindistanın 74 yaşlı qadın prezidenti qırıcı təyyarədə uçuş keçirib
# 25 noyabr 2009 09:58 (UTC +04:00)
Dehli-APA. Hindistan prezidenti Pratixba Patil Rusiya istehsalı olan “SU-30MKİ” qırıcı təyyarəsində havaya qalxıb. APA-nın məlumatına görə, bununla da Patil “SU-30MKİ” qırıcında uçuş keçirən ilk qadın prezident olub. 74 yaşlı Patil başqa bir rekord da müəyyənləşdirib – o sürəti saatda 2000 kilometrdən çox olan hərbi təyyarədə uçan ən yaşlı qadındır. Təyyarədə yarım saat uçduqdan sonra yerə enən prezident bildirib ki, Rusiya hərbi qırıcısında cüzi də olsa narahatlıq hiss etməyib. Xatırladaq ki, Hindistan prezidentinin sələfi Əbdülkalam da bu təyyarədə uçuş keçirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR