Bank Of Baku

Ciddədə sel nəticəsində ölənlərin sayı 88 nəfərə çatıb, 350 nəfərin taleyi məlum deyil

Ciddədə sel nəticəsində ölənlərin sayı 88 nəfərə çatıb, 350 nəfərin taleyi məlum deyil
# 28 noyabr 2009 09:03 (UTC +04:00)
Ciddə-APA. Həcc ziyarəti ərəfəsində Ciddədə yağan aramsız yağışların əmələ gətirdiyi sel nəticəsində ölənlərin sayı 88 nəfərə çatıb. APA-nın məlumatına görə, Səudiyyə hakimiyyət orqanları 350 nəfərin itkin düşdüyünü bildirirlər. Xatırladaq ki, bundan əvvəl təbii fəlakət nəticəsində 83 nəfərin öldürüldüyü bildirilirdi. Səudiyyə kralının sərəncamı ilə sel nəticəsində evsiz qalan 1250 nəfər dərhal xüsusi evlərə köçürülüb. Hazırda Ciddənin küçələri su altındadır, onlarla evin damı uçub. Şəhərin elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR