Bank Of Baku

İranın Təbriz şəhərində 13 milli hərəkat fəalına ağır cəzalar verilib

İranın Təbriz şəhərində 13 milli hərəkat fəalına ağır cəzalar verilib
# 29 noyabr 2009 15:08 (UTC +04:00)
Məlumata görə, cəza alan fəallar bu il mayın 22-də hökumətin Təbrizin mərkəzində təşkil etdiyi gəzintidə “Ana dilində təhsil” şüarı səsləndirib, İranın keçmiş prezidenti Məhəmməd Hatəminin “You tube” portalında Türklər barədə zarafatını əks etdirən sözlərinə etiraz bildiriblər. Ancaq polis qüvvələri etiraza icazə verməyərək, fəalları həbs edib.

Məhkəmənin hökmü ilə 19 yaşlı fəal Fərdin Muradpur “Partlayıcı maddələr emal etmək, rejim əleyhinə təbliğat aparmaq və “Milli təhlükəsizliyi pozmaq” maddələri ilə təqsirləndirilərək 6 il həbs cəzasına məhkum edilib.

Onun qardaşı Murtuza Muradpur isə “Rejimə qarşı təbliğat aparmaq”da günahlandırılaraq 3 il həbs cəzası alıb. Fərdin Muradpur may ayında polis nəzarətinə götürülərkən hökumət qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində çiynindən yaralanıb.

Məhkəmənin hökmü ilə fəallardan Rəsul Bədəli 2 il, digər fəallar Cəlal Rəcəbzadə,Əli Bədəli, Əmin Paşa Qaradaği və Arəş Eşq Molani isə 6 ay həbs cəzasına məhkum ediliblər. Məhkəmə fəallardan Nasir Bədəli və Behzad Sadeqyanın əleyhinə irəli sürülən ittihamların hamısını rədd edib.

Yaxın günlərdə Təbriz İnqilab Məhkəməsinin hökmü ilə 22 maydakı gəzintidə həbs edilən professor Əlirza Fərşi və həyat yoldaşı, Tehranda çıxan “Yaşmaq” jurnalının keçmiş redaktoru Sima Didarı “Rejim əleyhinə mübarizə aparmaq”da günahlandıraraq 1 il azadlıqdan məhrum ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR