Bank Of Baku

Eyni gündə 20 min gəncə toy ediləcək

Eyni gündə 20 min gəncə toy ediləcək
# 04 dekabr 2009 10:22 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Bu gün İran İslam Respublikasında İmam Xomeyni adına İmdad Komitəsi tərəfindən 20 min gəncin (10 min cüt) toy mərasimi keçiriləcək. APA-nın İran dövlət televiziyasına istinadən verdiyi məlumata görə, toy mərasiminin təşkili üçün 60 milyard rial (6 milyard dollar) xərclənib.

Toy mərasimi Qədir-Xum bayramı münasibəti ilə keçirilir. Bundan başqa, bu gün İmdad Komitəsinin imkansız ailələr üçün nəzərdə tutulmuş müxtəlif layihələrinin də təqdimatı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR