Bank Of Baku

Laricani: “İranın nüvə enerjisi mütəxəssisi Şəhram Əmirinin oğurlanmasına görə ABŞ və Səudiyyə Ərəbistanı məsuliyyət daşıyır”

Laricani: “İranın nüvə enerjisi mütəxəssisi Şəhram Əmirinin oğurlanmasına görə ABŞ və Səudiyyə Ərəbistanı məsuliyyət daşıyır”
# 09 dekabr 2009 15:12 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran parlamentinin sədri Əli Laricani İranın nüvə sahəsi üzrə alimi Şəhram Əmirinin oğurlanmasını “terror” adlandırıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Ə. Laricani İran İslam Şurası Parlamentinin açıq iclasında bu məsələyə görə ABŞ və Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığını bildirib: “Amerika tərəfindən buna oxşar hadisələr əvvəllər də baş verib, lakin onlar heç vaxt özlərini günahkar saymayıblar. Biz bunu nüvə məsələsində də müşahidə edirik. Onlar nüvə silahlarının yayılmamasına dair beynəlxalq müqaviləyə əhəmiyyət vermirlər. Başqaları da Amerikanın bu işinə laqeyd yanaşır”.

Ə. Laricanin sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin idarə heyətində qanunlara zidd qərarların çıxarılması beynəlxalq psixoloji dincliyin pozulması nəticələnə bilər.

Qeyd edək ki, İranın nüvə enerjisi mütəxəssisi Şəhram Əmiri cari ilin iyul ayında Səudiyyə Ərəbistanında Ümrə ziyarətində olarkən oğurlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR