Bank Of Baku

ABŞ rəsmisi: “İranın Yəmən şiələrinə dəstəyi haqda heç bir dəlil-sübut yoxdur”

ABŞ rəsmisi: “İranın Yəmən şiələrinə dəstəyi haqda heç bir dəlil-sübut yoxdur”
# 12 dekabr 2009 11:06 (UTC +04:00)
Bakı. İbad Bağırov – APA. ABŞ Dövlət Departamentinin Yaxın Şərq məsələləri üzrə direktoru Cefri Fridman İranın Yəməndəki şiə qiyamçılarına (husilərə) hər hansı dəstəyinin olması haqda məlumatın olmadığını bəyan edib.APA-nın BBC-yə istinadən xəbərinə görə, Amerika rəsmisi bu sözləri Bəhreyndə keçirilən regional təhlükəsizlik konfransında deyib.

“Bir çox dostlarımız tərəfdaşlarımız bizə husilərin xarici qüvvələrdən dəstək almasının mümkünlüyünü deyib. Artıq İranın qiyamçılara dəstəyi barədə xüsusi nəzəriyyələr də eşitmişik” – deyə C.Fridman qeyd edib.

Konfransda iştirak edən Bəhreynin xarici işlər naziri Xalid ibn Əhməd əş-Şeyx ölkəsinin Səudiyyə Ərəbistanına hərbi sahədə kömək etməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Yəmən hökuməti ABŞ rəsmisinin açıqlamasını inkar edir və qiyamçıların İrandan dəstək aldığını bildirir. Rəsmi Səna İranın bəzi dini xadimlərini qiyamçıları maliyyələşdirməkdə ittiham edib, lakin İran hökumətini birbaşa ittiham etməyib.

Səudiyyə Ərəbistan Yəməndə olan münaqişədən ehtiyat edir. Bu münaqişə regiondakı sabitliyə və milli təhlükəsizliyə xələl gətirə bilər. Bu yaxınlarda Səudiyyə Ərəbistanının Yəmənlə həmsərhəd ərazilərinin qiyamçılar tərəfindən zəbt olunması Səudiyyə qoşunlarının hərbi əməliyyatlara başlaması ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR