Bank Of Baku

Ayətullah Müntəzirinin üç mərasimi təxirə salınıb

Ayətullah Müntəzirinin üç mərasimi təxirə salınıb
# 23 dekabr 2009 12:20 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Ayətullah Hüseyn Əli Müntəzirinin oğlu Əhməd Müntəziri atasının üç mərasiminin təxirə salındığını və bunun təhlükəsizlik məsələləri ilə əlaqədar olduğunu deyib. APA-nın TABNAK-a istinadən verdiyi məlumata görə, Əhməd Müntəziri atasının dəfnindən sonra onların evinə və dəftərxanasına bir dəstə tərəfindən hücum olunduğunu qeyd edərək bildirib ki, Ayətullah Müntəzirinin ailəsi atasının üç və yeddi mərasiminin keçirilməsini təxirə salıblar: “Qum şəhərinin “Məscidi -Əzəm” məscidində atamın yas mərasimi keçirilərkən yenə də bir dəstə tərəfindən mərasimin keçirilməsinə maneələr törədilib. Eyni zamanda atamın Ayətullah Yusif Saneinin dəftərxanasının qarşısına vurulan şəklini qoparıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR