Bank Of Baku

Çində daha 5 uyğur ölümə məhkum edilib

Çində daha 5 uyğur ölümə məhkum edilib
# 24 dekabr 2009 07:16 (UTC +04:00)
Bakı – APA. 2009-cu ilin iyulunda Çinin Sincan-Uyğur muxtar bölgəsində baş vermiş kütləvi iğtişaşlarda iştirakda günahlandırılan daha 5 nəfər ölümə məhkum edilib. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə daha 5 nəfərə analoji cəza verilsə də, hökmün icrası 2 il təxirə salınıb. Bu isə o deməkdir ki, həmin şəxslərin cəzası ömürlük həbs cəzası ilə əvəzlənəcək. Bundan başqa, hadisələrin iştirakçısı olmuş 12 nəfər ömürlük həbsə məhkum edilib, 4 nəfər isə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, iyul ayında yerli oyuncaq fabriklərinin birində çalışan uyğurların çinlilər tərəfindən döyülməsindən və 2 uyğurun öldürülməsindən sonra muxtar bölgənin inzibati mərkəzi Urumçi şəhərində uyğurların kütləvi etiraz aksiyaları başlayıb. Aksiyalara polis və ordunun müdaxiləsi nəticəsində 1976 nəfər ölüb, 1700-dən çoxu yaralanıb. Yüzlərlə uyğur həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR