Bank Of Baku

Yəməndə hava hücumu nəticəsində “Əl-Qaida” terror təşkilatının 34 üzvü öldürülüb

Yəməndə hava hücumu nəticəsində “Əl-Qaida” terror təşkilatının 34 üzvü öldürülüb
# 24 dekabr 2009 08:43 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. Yəməndə “Əl-Qaida” təşkilatının 34 üzvü öldürülüb. APA-nın Yəmən mətbuatına istinadən yaydığı məlumata görə, bu gün səhər Yəmən Hərbi Hava Qüvvələri paytaxtdan 650 km şərqdə yerləşən Şəbva vilayətində, “Əl-Qaida” terrorçularının cəmləşdiyi əraziyə raket zərbəsi endiriblər. Hava hücumu nəticəsində “Əl-Qaida” terror təşkilatının 34 üzvü öldürülüb. Terrorçuların xarici şirkətlərə və Yəmən dövlətinə məxsus olan neft yataqlarına hücum planlaşdırdığı güman edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR