Bank Of Baku

İranda baş vermiş toqquşmalarda Mirhüseyn Musəvinin bacısı oğlu da öldürülüb

İranda baş vermiş toqquşmalarda Mirhüseyn Musəvinin bacısı oğlu da öldürülüb
# 27 dekabr 2009 20:30 (UTC +04:00)
Məlumata görə, toqquşmalar nəticəsində 4 nümayişçi öldürülüb. Onlardan biri də müxalifət lideri Musəvinin bacısı oğlu, 35 yaşlı Əli Musəvidir.

İran müxalifətinə yaxın olan "parlemannews" adlı internet saytı Musəvinin cəsədinin hələ də Tehrandakı xəstəxanalardan birinin morqunda olduğunu bildirib.

İran müxalifətinə yaxın olan "Jaras" ve "Rah-e-Sabz" internet saytları da bu gün polisin açdığı atəş nəticəsində 4 müxalifətçinin öldürüldüyünü yazıb.

Saytlar Təbrizdə baş vermiş toqquşmalarda çoxlu sayda insanın yaralandığını da yazıb.

Mirhüseyn Müsəvinin müavinlərindən biri onun bacısı oğlunun toqquşmalarda ölməsi ilə bağlı xəbəri təsdiqləyib: “O, yaralanıb və xəstəxanaya aparılıb. Lakin yaralı ağır olduğundan xəstəxanada dünyasını dəyişib”.

İran Dövlət Televiziyası da bu gün keçirilmiş nümayişlərdə 4 nəfərin öldüyünü təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR