Bank Of Baku

İranda “Xamneyi devriləcək!” şüarı ilə keçirilən etiraz aksiyalarında azı 9 müxalifət tərəfdarı öldürülüb - FOTOSESSİYA

İranda “Xamneyi devriləcək!” şüarı ilə keçirilən etiraz aksiyalarında azı 9 müxalifət tərəfdarı öldürülüb - <font color=red>FOTOSESSİYA</font>
# 28 dekabr 2009 08:19 (UTC +04:00)
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Aşura günündə küçələrə çıxan hökumət əleyhdarları bu dəfə prezident Mahmud Əhmədinejada yönəlmiş “Diktatora ölüm!” şüarı ilə birlikdə ali dini lideri nəzərdə tutaraq “Xamneyi devriləcək!” şüarını da səsləndiriblər. Hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində paytaxt Tehranda 5, Təbrizdə isə 4 nümayişçinin öldüyü, onlarla insanın yaralandığı, 300 nəfərin həbs edildiyi bildirilir. Hakimiyyət orqanları isə Tehranda ölən 5 nəfərdən 4-nü maşın vurduğunu, onlardan bəzilərinin körpüdən yıxıldığını, yalnız 1 nəfərin güllə yarası aldığını açıqlayıblar. Polisin nümayəndəsi silahdan istifadə barədə əmr verilmədiyini və mitinqçilərə gözyaşardıcı qazla müdaxilə edildiyini söyləyib. Müxalifətə yaxın “Rah-e-Sabz” saytı isə Tehranda ölənlərdən 3-nün təhlükəsizlik qüvvələrinin atəşi ilə həlak olduğunu yazıb. Təbrizdə 4 nəfərin öldürüldüyü xəbərini də eyni sayt yayıb. Tehranda qətlə yetirilənlər arasında prezidentliyə keçmiş namizəd, sabiq baş nazir və hazırda müxalifətin ən önəmli liderlərindən biri olan Mirhüseyn Musəvinin bacısı oğlu, 35 yaşlı Seyid Əli Həbibi Musəvi də var.

Qeyd: Fotolar “Reuters”ə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR