Bank Of Baku

Mirhüseyn Musəvinin müşavirləri həbs edilib

Mirhüseyn Musəvinin müşavirləri həbs edilib
# 28 dekabr 2009 11:11 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın müxalifət lideri Mirhüseyn Musəvinin bacısı oğlunun ölümündən sonra Tehran polisi qarşıdurmalarda əli olduqlarını ehtimal etdiyi bəzi şəxsləri saxlayıb. APA-nın “BORNANEWS”a istinadən verdiyi məlumata görə, polis dekabrın 27-də - Aşura günü Tehranda baş vermiş toqquşmalardan sonra kütləvi həbslərə başlayıb. M. Musəvinin yaxınlarından və müşavirlərindən olan Əlirza Behişti Şirazi, İmad Baqi, İbrahim Yəzdi, Bagirian, Behzadinejad, eləcə də “Baran” mədəni ictimai müəsisəsinin müdir müavini Murtəza Hacı Rəsuli həbs edilib. Müəssisənin arxiv sənədləri də aparılıb. Tehran polisi həmçinin Qum şəhərindəki Dini Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Hüseyn Musəvi Təbrizini də saxlayıb.

Ə. Behiştinin ailəsi Mirhüseyn Musəviyə bacısı oğlunun ölümü ilə əlaqədar başsağlığı verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR