Bank Of Baku

Musəvinin Tehranda baş verən qarşıdurmada həlak olmuş bacısı oğlunun meyitinin yeri bilinmir

Musəvinin Tehranda baş verən qarşıdurmada həlak olmuş bacısı oğlunun meyitinin yeri bilinmir
# 28 dekabr 2009 12:28 (UTC +04:00)
35 yaşlı Seyid Əli Həbibi Musəvinin yaralı vəziyyətdə İbn Sina xəstəxanasına aparıldığı və orada keçindiyi bildirilsə də, ailə üzvlərinə meyitin harada olduğu barədə heç bir məlumat verilmir. APA-nın “parlemannews”a istinadən verdiyi məlumata görə, mərhumun qardaşı Seyid Rza qardaşının cənazəsinin yerini öyrənmək üçün müraciət etdikləri aidiyyəti qurumlardan konkret cavab ala bilmədiklərini bildirib: “Bizə meyitin İbn Sina xəstəxanasında olduğunu desələr də, oradan bunu təsdiqləmirlər. Məmurlar da cənazənin dəqiq yerini söyləmirlər”.

R. Musəvi cənazənin axtarışını davam etdirdiklərini, cənazə tapılmayınca, dəfn mərasimi keçirilməyəcəyini vurğulayıb: “Meyitin yeri məlum olandan sonra keçiriləcək yas mərasimi barədə mətbuata məlumat verəcəyik”.

Qeyd edək ki, dekabrın 27-də başlayan qarşıdurmada 15-dən çox adamın öldürüldüyü, yüzlərlə müxalifətçinin isə həbs olunduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR