Bank Of Baku

İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hatəmi, Musəvi və Kərrubiyə xəbərdarlıq edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Hatəmi, Musəvi və Kərrubiyə xəbərdarlıq edib
# 28 dekabr 2009 15:48 (UTC +04:00)
APA-nın xəbərinə görə, Ə. R. Cabbari İRNA-ya açıqlamasında Hatəmi, Musəvi və Kərrubi üçün tövbə qapısının açıq olduğunu söyləyib: “Onlar dini liderdən bağışlanmalarını xahiş etməlidirlər. Əks halda sonları Bəni Sədr kimi olacaq. Xalq başqalarına nökərçilik edən Bəni Sədr və münafiqləri tarixin zibilliyinə atdığı kimi, ən qısa müddətdə inqilab və imamın yoluna qayıtmasalar, bu fitnənin başçılarını da tarixin zibilliyinə atacaq”.

Ə. R. Cabbari Hatəmi, Musəvi və Kərrubiyə xitabən deyib: “Sizlər 30 illik etibarınızı itirdiniz. Milyonlarla iranlı dini lideri sevir, necə ola bilər ki, siz bu sevgiyə hörmət etmirsiniz? Xalq hakimiyyətini qəbul etmirsinizmi ki, milyonlarla iranlının haqqına hörmət göstərmirsiniz?”

Qeyd edək ki, İran İslam Respublikasının ilk prezidenti olan Əbülhəsən Bəni Sədr 1981-ci ildə ayətullah Xomeyninin xeyir-duası ilə parlament tərəfindən vəzifədən kənarlaşdırılıb. Bəni Sədr daha sonra Fransaya mühacirət edib və hazırda orada yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR