Bank Of Baku

İranda Nobel mükafatı laureatı Şirin Ebadinin bacısı həbs edilib

İranda Nobel mükafatı laureatı Şirin Ebadinin bacısı həbs edilib
# 29 dekabr 2009 10:14 (UTC +04:00)
Bakı – APA. İranda insan hüquqları müdafiəçisi, Nobel mükafatı laureatı Şirin Ebadinin bacısı Nuşin Ebadi həbs edilib. APA-nın xəbərinə görə, 2003-cü ildə Nobel mükafatına layiq görülmüş Ş. Ebadi müxalifətə yaxın “Rah-e-Sabz” saytına açıqlamasında ona təzyiq məqsədilə bacısının həbs edildiyini deyib: “Bacım hər hansı siyasi fəaliyyətlə məşğul deyildi. Onun həbs olunması insan hüquqlarının müdafiəsi sahəsində gördüyüm işləri dayandırmaq məqsədilə atılan addımdır”.

Xatırladaq ki, İranda Aşura günü – dekabrın 27-də müxalifət tərəfdarlarının etiraz aksiyaları keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında baş vermiş toqquşmalarda azı 15 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR