Bank Of Baku

Tehran şəhər prokuror Mir Hüseyn Musəvinin bacısı oğlunun meyitinin oğurlanması xəbərini təkzib edib

Tehran şəhər prokuror Mir Hüseyn Musəvinin bacısı oğlunun meyitinin oğurlanması xəbərini təkzib edib
# 29 dekabr 2009 11:38 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvinin bacısı oğlunun meyitinin oğurlanması barədə iddiaları təkzib edib. APA-nın MEHRNEWS-a istinadən verdiyi məlumata görə, prokuror meyitin ekspertizaya göndərildiyini bildirib: “Meyitin oğurlanması barədə xəbər məni təəccübləndirdi. Jurnalistlər məlumat yayarkən mənbənin səhihliyinə diqqət yetirməlidirlər”. Abbas Cəfəri Dövlətabadi baş verən iğtişaşlara görə çoxlu sayda şəxsin saxlandığını bildirib. Onun sözlərinə görə, araşdırma başa çatdıqdan sonra əməllərində cinayət tərkibi aşkarlanmayan şəxslər azadlığa buraxılacaq. O, dekabrın 27-də baş verən hadisələr zamanı 7 nəfərin öldüyünü, onlardan yalnız birinin güllə yarasından dünyasını dəyişdiyini bildirib. Prokuror digər şəxslərin toqquşmalar zamanı aldıqları xəsarət nəticəsinə öldüyünü deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR