Bank Of Baku

İranın polis rəisi müxalifətə xəbərdarlıq edib

İranın polis rəisi müxalifətə xəbərdarlıq edib
# 30 dekabr 2009 08:51 (UTC +04:00)
APA-nın “FARSNEWS”a istinadən verdiyi məlumata görə, bunu İran polisinin rəisi İsmail Həmidi Müqəddəm deyib. İ. H. Müqəddəm bildirib ki, polis indiyə qədər Tehran şəhərində qarışıqlıq yaradanlara öz gücünü göstərməyib və müxalifət də bundan sui-istifadə edərək özünün şər niyyətini həyata keçirmək istəyib. O, bundan sonra “xalqa və dövlətə xəyanət edənlər”in polis tərəfindən layiqli cavablarını alacaqlarını açıqlayıb.

İ. H. Müqəddəm dekabrın 27-də Tehran şəhərində 120 polis əməkdaşının yaralandığını, onlardan 60 nəfərinin xəstəxanalarda müalicə olunduğunu, 500 nəfərin saxlanıldığını söyləyib. Onun sözlərinə görə, polis Aşura günü belə bir hadisənin baş verəcəyini gözləmirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR