Bank Of Baku

Əli Laricani dinə hörmətsizlik edənlərin cəzalandırılmasını istəyib

Əli Laricani dinə hörmətsizlik edənlərin cəzalandırılmasını istəyib
# 30 dekabr 2009 09:39 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran parlamentinin sədri Əli Laricani dekabrın 27-də baş verən hadisələri və Aşura gününə olan hörmətsizliyi pisləyib. APA-nın İRİBNEWS-a istinadən verdiyi məlumata görə, Əli Laricani parlamentin açıq iclasında müxalifətin hərəkətini pisləyərək bunu inqilab və din əleyhinə hərəkat adlandırıb. Ə. Laricani bu qəbildən olan hərəkətləri prezident seçkiləri ilə əlaqəli olduğuna inanmadığını və bunun başqa bir vəziyyət aldığını deyib.

Keçən həftə Qum şəhərində Ayətullah Müntəzirinin dəfn mərasimində inqilab əleyhinə şüarların səsləndirilməsini xatırladan Laricani dekabrın 27-də eyni hadisələrin davam etdiyini olunduğunu deyib. Ə. Laricani Ali Məhkəmə, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Nazirliyinin dinə hörmətsizlik edənlər haqda ciddi tədbirlər görməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR