Bank Of Baku

Mirhüseyn Musəvinin bacısı oğlu ölümündən əvvəl gizli polis tərəfindən hədələnirmiş

Mirhüseyn Musəvinin bacısı oğlu ölümündən əvvəl gizli polis tərəfindən hədələnirmiş
# 30 dekabr 2009 11:15 (UTC +04:00)
Bakı – APA. Dekabrın 27-də Tehranda müxalifətin kütləvi aksiyası zamanı öldürülən prezidentliyə keçmiş namizəd, sabiq baş nazir Mirhüseyn Musəvinin bacısı oğlu Əli Musəvi bu gün dəfn edilib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Parisdə yaşayan və İran müxalifətinə yaxın olan iranlı rejissor Möhsün Mahmalbaf deyib ki, mərhum ölümündən bir neçə gün əvvəl gizli polis tərəfindən hədələnib. O, BBC-yə açıqlamasında bildirib ki, gizli polisin əməkdaşları Ə. Musəviyə zəng edərək onu ölümlə hədələyiblər: “Hadisələr zamanı bir avtomobildən çıxan gizli polisin 5 əməkdaşı onu sinəsindən güllələyiblər. O, xəstəxanaya çatdırılarkən keçinib”.

M. Mahmalbaf Mirhüseyn Musəvinin də təcrid edildiyini və daim izləndiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR