Bank Of Baku

İraqda Anbar vilayətinin qubernatoruna sui-qəsd olub, çoxlu sayda ölən və yaralanan var

İraqda Anbar vilayətinin qubernatoruna sui-qəsd olub, çoxlu sayda ölən və yaralanan var
# 30 dekabr 2009 14:22 (UTC +04:00)
Bağdad-APA. İraqın Ramadi şəhərində törədilən iki terror aktı nəticəsində 23 nəfər ölüb, 30 nəfər isə yaralanıb. APA-nın məlumatına görə, yaralananlar arasında Anbar vilayətinin qubernatoru Qasım Məhəmməd Abid də var. Terror aktı nəticəsində qubernatorun təhlükəsizlik xidmətinin rəhbəri dünyasını dəyişib. Qubernator özü isə çoxsaylı qəlpə yarası alıb, o hazırda ABŞ ordusuna məxsus hospitalda həkim nəzarəti altındadır. İlk partlayış səhər saatlarında hökumət binalarının qarşısında yerləşən piyada keçidində baş verib. Hadisədən yarım saat sonra qubernator yerli məmurların müşayiəti ilə hadisə yerinə gəlib. Bu zaman qubernatora yaxınlaşan kamikadze üzərindəki “şəhid qurşağı”nı işə salıb. Hələlik heç bir təşkilat terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR