Bank Of Baku

İranda prezidentə və dini liderə dəstək aksiyaları keçirilir

İranda prezidentə və dini liderə dəstək aksiyaları keçirilir
# 31 dekabr 2009 11:26 (UTC +04:00)
APA-nın İRİNN-ə istinadən verdiyi məlumata görə, polis təqsirli bilinənlərin fotolarını da yayıb. “Əgər vətəndaşlar kömək edərsə, cinayətkarlar tez tutular və bu yönümdə işlər sürətlənər”, - deyə polisin müraciətində qeyd olunur.

Qeyd edək ki, dekabrın 27-də Aşura günü Tehran şəhərində baş vermiş aksiyalar zamanı ölən və yaralananlar olub, eyni zamanda dövlətin və vətəndaşların əmlaka ciddi ziyan dəyib. Buna etiraz olaraq, dekabrın 30-da vətəndaşlar küçələrə çıxaraq, Aşura günü Tehranda İslam müqəddəslərinə hörmətsizlik edənlərə və qanunsuz əməllər törədərək qarşıdurma yaradanlara nifrətlərini ifadə ediblər.

Əllərində İran İslam Respublikasının banisi İmam Xomeyni və dini lider Ayətullah Xameneyinin fotolarını tutan insanlar, həmçinin məclis üzvləri və ölkə rəsmiləri baş verənləri pisləyərək, prezidentə və dini liderə dəstək şüarları səsləndiriblər.

Aksiyalar İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan vilayətləri, həmçinin Əhvaz , Buşəhr, Şiraz, İsfahan, Kermanşah, Sari, Şəhr-kürd və digər şəhərlərdə də keçirilib.

Qeyd edək ki, aksiyalar bu gün də davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR